Plambir tortu

Ərzaqlar

  • Tərkibi:
  • 250 qram un
  • 150 qram kərə yağı
  • 70 qram şəkər
  • Krem üçün:
  • 500 qram 20%-li xama
  • 2 yumurta
  • 100 qram kərə yağı
  • ½ paket vanil
  • 2 xörək qaşığı nişasta

Hazırlanması

  1. Xəmir hazırlamaq üçün bir qabda yağ, şəkər və unu əllə ovuntu halınadək qarışdıdırın. (xəmir ovuntulu olmalıdır.)
  2. Kremi hazırlamaq üçün biq qabda yumurta, nişasta, şəkər və vanili yaxşı mikserlə çalın.
  3. Xamanı əlavə edib yenidən mikserlə çalın.
  4. Qazda aşağı temperaturda krem bir qədər qatılaşanadək qarışdırın.
  5. Kənara qoyub soyumağın gözləyin. Soyuduqdan sonar yağı əlavə edib mikserlə çalın.
  6. Soyuducuya qoyun ki, bir qədər soyusun.
  7. Tortu hazırlamaq üçün balaca ölçülü dərin formada hər hansı bir nimçəyə  perqament kağız qoyun.
  8. Ovulan xəmirdən 1 neçə qaşıq nimçəyə qoyun və qaşıqla hər tərəfə bərabər yayın.
  9. Üzərinə bir neçə xörək qaşığı krem qoyun və qaşıqla hər tərəfə yayın.
  10. Bu prosesi xəmir bitənədək təkrarlayın. Kremdən bəzək üçün bir az saxlayın.
  11. Balaca ölçüdə alınmış tortu 8 saat soyuducuda saxlayın.
  12. Tam soyuduqdan sonra kremdən qida sprisinin köməyilə tortun üzərinə güllər düzün.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10