
Pişik dili peçenye ilə şokoladlı ekler
Ərzaqlar
- 12 ədəd üçün:
- 1 paket pişik dili peçenye
- 2 su stəkanı süd
- Kremi üçün:
- 3 yemək qaşığı un
- 3 su stəkanı süd
- 1 ədəd yumurta
- 2 çay stəkanı şəkər
- 1 paket labne pendiri
- 1 paket vanil
- Digər ərzaqlar:
- 1 paket şokolad sous
- Süd
Hazırlanması
- İlk olaraq kremi hazırlayaraq. Bir qazana un və şəkəri töküb qarışdıraq.
- İçinə yumurta və südü əlavə edib bişirək. Altını söndürüb soyumağa qoyaq. Içinə vanil və labne pendirini qoyub 5 dəqiqə mikserləyək.
- Şokolad sosuda üstündə yazan südlə hazırlayıb soyumağa qoyaq.
- Çuxur bir qaba südü qoyub, pişik dili peçenyeləri südə batırıb tavaya yan yana düzək. yarısını düzdükdən sonra üstlərinə kremi çəkək.
- qalan peçenyeləri də eynilə düzək. Üstlerinə qalan kremi yayıb biraz donmasını gözləyək. Üzərinə şokolad sousu tökək.
Nuş Olsun!
Pişik dili peçenye ilə şokoladlı ekleri hərkəs mütləq bəyənəcək.
ən son şərh