
Pendirli Kiş
Pendirli Kiş
Ərzaqlar:
Xəmiri üçün:
- 300 qr un
- 150 qr marqarin
- 1 ədəd yumurta
- duz
Üzəri üçün: - 6-7 ədəd təzə soğan
- 1/2 dəstə şüyüd
- 1/ 2 su stəkanı yaşıl zeytun
- 1/ 2 su stəkanı qara zeytun
- 150 qr fıstığlı kolbasa
- 1 box labne (firma adı) pendiri
Hazırlanması:
- Kiş xəmiri üçün bir qabda unu və duzu qarışdırın.
- Marqarini kub şəklində kəsərək, unun üzərinə əlavə edin. Yumurtanı əlavə edin.
- Xəmiri tez tez yoğurun. Üzərinə nəmli bir bez örtün, soyuducunda yarım saat saxlayın.
- Kişin üzərinə qoyacağınız qarışıq üçün soğanları və şüyüdü incə incə doğrayın.
- Yaşıl və qara zeytunu incə incə kəsin. Fıstığlı kolbasanı kub şəklində doğrayın.
- Geniş bir qabda doğranmış zeytunu, təzə soğanı, şüyüdü, kolbasanı və labne pendirini qarışdırın.
- Xəmiri qabından bir az daha böyük açın. Qabın içinə yerləşdirin.
- Kənarlarını bıçaqla kəsin. Xəmirin üzərində çəngəllə dəliklər açın.
- Əvvəldən isidilmiş sobada qızarana qədər bişirin.
- Sobadan çıxardıqdan sonra soyudun.
- Pendiri üzərinə yayın. Dilimləyərək süfrəyə təqdim edin
Nuş Olsun!
Hakkında: Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır.
ən son şərh