
Paxlava çizkeyk
Ərzaqlar
- Qazmaq üçün:
- 4 yemək qaşığı əridilmiş yağ
- Yuxa üçün hazır xəmirlər (20 ədəd)
- Çizkeyk üçün:
- 220 qram yumuşaldılmış krem pendir
- 2/3 fincan şəkər
- 2 yemək qaşığı un
- 3 ədəd yumurta
- 2/3 fincan xama
- 6 yemək qaşığı bal
- ½ çay qaşığı darçın
- Qozlu əlavə üçün:
- ¾ fincan incə doğranmış qoz
- 3 çay qaşığı darçın
- 6 yemək qaşığı əridilmiş yağ
- 10 yemək qaşığı bal
Hazırlanışı
- Sobanı 150 dərəcə qızdırın.
- Dərin bir kasada krem pendiri şəkəri və unu birlikdə yaxşıca çalın.
- Yumurtaları bir-bir əlavə edib çalmağa davam edin.
- Xamanı, balı və darçını əlavə edin və yaxşıca həll olunanadək asta sürətlə çalın.
- Orta ölçülü bir kasada ½ fincan doğranmış qozu, 2 çay qaşığı darçını, 4 yemək qaşığı ərinmiş yağı və 6 yemək qaşığı balı qarışdırıb kənara qoyun.
- Sobanın tavasına folqa kağızı sərib buxar üçün hazır saxlayın.
- Yuxa üçün hazır xəmirləri açaraq əvvəlcə bir nəmli dəsmalın üzərinə sərərək qurumasını gözləyin və sonra tavaya sərin.
- Arasına ərinmiş yağı çəkin.
- Qatlar hazır olduqdan sonra üzərinə çizkeyklərin bir miqdarını doldurun.
- Üzərindən də qozlu qarışımı əlavə edin.
- Qalan çızkeyki də eyni qaydada qozun üstündən tökün.
- Bu tavani folqa ilə örtülmüş tavaya isti su əlavə edərək buxarlanması üçün həmin tavanın içinə yerləşdirin.
- Və 50-60 dəqiqə ərzində bu vəziyyətdə sobaya bişməyə qoyun.
- Sobadan çıxardıqdan sonra tamamən soyumasını gözləyin.
- Son olaraq da qalan ¼ fincan qozu, 1 çay qaşığı darçını, 2 yemək qaşığı əridilmiş yağı və 4 yemək qaşığı balı qarışdıraraq üzərinə əlavə edin.
Nuş Olsun!
Paxlava çizkeyk hamınızın bəyənəcəyi şirniyyatdır.
ən son şərh