
Pərdə şirniyyatı
Ərzaqlar
- 1 paket paxlavalıq yufka,
- 1 çay stəkanı duru yağ,
- Çəkilmiş qoz və ya fındıq içi.
- Sousu üçün;
- 2 ədəd yumurta,
- 1 su stəkanı duru yağ,
- 1 su stəkanı süd,
- 1 çay stəkanı toz şəkər,
- 1 paket qabartma tozu.
- Şərbəti üçün;
- 3 su stəkanı toz şəkər,
- 3 su stəkanı su,
- 6-7 damcı limon suyu.
Hazırlanışı
- Əvvəlcə şərbəti üçün su, şəkər və limon suyu qazana qoyulub qarışdırılır.
- Qaynamağa başladıqdan sonra aşağı temoeraturda 10 dəqiqə daha qaynadılır və hazırlanan şərbət soyumağa qoyulur.
- Sousunu hazırlamaq üçün yumurta, toz şəkər, duru yağ, süd və qabartma tozu, bir qaba qoyulub qarışdırılır.
- 1 ədəd hazır paxlava yufkası sərilir və üzərinə çəkilmiş qoz və ya fındıq içi səpilir.
- İki əllə yufkanın aşağı ucundan başlayaraq yuxarı doğru itələnir və yelpinc kimi bükülür.
şirniyyat yağlı soba listi içərisinə yerləşdirilir. - Hazırlanan şirniyyat üzərinə fırça köməyi ilə 1 çay stəkanı duru yağ çəkilir.
- əvvəlcədən isidilmi 175° sobada, üzəri çəhrayı olana qədər bişirilir. (10 dəqiqə).
- Bişəndən sonra üzərinə sous gəzdirilərək yenə sobaya qoyulur.
- Üzəri qızarana qədər 15 dəqiqə bişirilir.
Nuş Olsun!
Pərdə şirniyyatı lazzətli dadı ilə əvəzsiz şirniyyatdır.
ən son şərh