Ovuntulu kəsmikli piroq
Ərzaqlar
- Ərzaqlar:
- 3 su stəkanı un
- 200 qram kərə yağı və ya marqarin
- 1 su stəkanı şəkər
- ½ paket qabartma tozu
- İçlik üçün:
- 500 qram kəsmik
- 4 yumurta
- 1 su stəkanı şəkər
- ½ paket vanil
Hazırlanması
- Əvvəlcə içliyi hazırlamaq üçün kəsmik ilə yumurtanı blendrlə çalın.
- Şəkər və vanili əlavə edib yenidən blendrlə qarışdırın. İçlik hazırdır.
- Xəmiri hazırlamaq üçün yağı sürtgəcdən keçirin.
- Şəkər, qabartma və unu əlavə edin və əllə ovuntu halına gətirin.
- Soba qabını yağlayın və ovuntulu xəmirin yarıdan cox hissəsini qabın hər tərəfinə elə yayın ki, qabın yanlarını da örtsün.
- İçliyi hər tərəfə bərabər olmaqla xəmirin üsdünə tökün.
- Xəmirin qalan hissəsini içliyin üzərinə yayın.
- Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 40 dəqiqə bişirin.
Nuş Olsun!
ən son şərh