
Ovulan xəmirli moruqlu piroq
Ərzaqlar
- 2 yumurta
- 2,5 su stəkanı un
- 200 qram kərə yağı
- 1 su təkanı şəkər
- 1 çay q. vanil
- 1 çay q. qabartma tozu
- 200 qram moruq mürəbbəsi
Hazırlanması
- Kərə yağını və ya marqarini yumşaldın.
- Üzərinə şəkər yumurta, vanil qatıb qarışdırın.
- Qabartma tozu ilə qarışdırılmış unu bunlara qatıb xəmir yoğurun.
- Xəmir bərk olmamalıdır.
- Xəmirdən 1/3 hissəni götürün və buz dolabında 1 saat saxlayın.
- Soba qabını yağlayın.
- Xəmirin çox hissəsini soba qabına yayın.
- Üzərinə moruq mürəbbəsini töküb qaşıqla yayın.
- Buz dolabından donmuş xəmiri götürün və sürtgəcdən keçirdib üstünə səpin.
- Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada 20-25 dəqiqə bişirin.
Nuş olsun!
Ovulan xəmirli moruqlu piroq həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.
ən son şərh