
Orijinalını unutduran snickers
Ərzaqlar
- 12 ədəd Savoiardi( yarım paket)
- Karamel Sous:
- Yarım çay stəkanı çiy krem
- Yarım çay stəkanı süd
- 1 çay stəkanı şəkər tozu
- 1 çay qaşığı kərəyağ/ margarin
- Üzəri üçün:
- 80 gram tünd və ya südlü şokolad
- 1 kasa duzlu fıstıq
Hazırlanması
- İlk öncə karamel sousunuzu hazırlayaq.
- Şəkəri bir tavaya qoyaq əriməsini gözləyək, əridikdən sonra 1-2 dəqiqə qaynadaq.
- Çox qararmamasına diqqət edək.
- Tavanı kənara qoyaq südü və kremi az az əlavə edərək tez tez qarışdıraq.
- Və içinə kərəyağı qoyub qarışdırmağa davam edək.
- Biraz qaynadaq.
- Yemək qaşığı köməyi ilə karameli peçenyelərin üzərinə yayaq və üzərinə fıstıq qoyaq.
- Hamısını bitirdikdən sonra əridilmiş şokoladı təkrar yemək qaşığı köməyi ilə üzərinə tökək.
- Və soyumasını gözləyək.
Nuş olsun!
Orijinalını unutduran snickersin hazırlanması biraz zaman alır.
ən son şərh