
olivye salati
Olivye Salatı
Ərzaqlar
- 1 balaca banka göy noxud
- 200 q ət (qoyun ya da mal əti)
- 4 ədəd yumurta
- 2 ədəd kartof
- 4 balaca tutma xiyar
- 2 balaca baş soğan
- duz
- mayonez
Hazırlanması
- Suya duz töküb əti bişiririk..Soyuyandan sonra xırda doğrayırıq. Kartof ilə yumurtanı suda bişiririk. Soyuduqdan sonqa qabığını təmizləyirik. Xırda dörd künc doğrayırıq. Yumurtanı xırda doğrayırıq. Soğanı doğrayırıq. Qaynar suda soğanı 10 dəqiqə saxlayıb sonra soyuq suda soyuduruq və süzürük. Tutma xiyarı xırda dörd künc doğrayırıq. Kartofu, əti, soğanı, göy noxudu, yumurtanı və xiyarı duz töküb qarışdırırıq. Mayonezləyərək Zövqə görə bəzəyirik.Nuş olsun!
Hakkında: Olivye salatı demək olar ki, bütün dunyada “Rus Salatı” kimi tanınır, ancaq İranda və Rusyada bu salatın adı Olivyedir.
3 Comments