
nar bilərziyi
“Nar Bilərziyi” Salatı (Qranatovıy Braslet)
Ərzaqlar
- 3 ədəd yerkökü
- 3 ədəd kartof
- 2 ədəd kiçik və ya 1 ədəd iri çuğundur
- 3 ədəd yumurta
- 1 stəkan qoz ləpəsi – xırda-xırda doğranmış
- 2 ədəd sümüksüz, dərisiz toyuğun döş əti
- mayonez (istəyə görə mayonezi xamayla qarışdırmaq da olar)
- duz
- istot
- nar dənələri (təxminən 1 iri nardan)
Hazırlanması
- Yerkökü, kartof, çuğundur (ayrı qazanda) və yumurtanı suda bişirin. Sürtkəcin iri gözündən keçirib ayrı-ayrı qablara yığın. Ayrı qazanda bir az duz salınmış suda toyuq ətini də bişirib, əlinizlə didin.
İri yastı qabın ortasına su stəkanı qoyun. Ərzaqları bu stəkanın ətrafında bu ardıcıllıqla yayın:
Qeyd: arada layları duzlayın, amma çox deyil, çünki mayonez duzlu olur.
1. kartof
2. mayonez (təxminən 2 x. qaşığı)
3. çuğundurun yarısı
4. mayonez5. yerkökü
6. mayonez
7. qoz
8. toyuğun yarısı
9. mayonez
10. yumurta
11. mayonez
12. qalan toyuq
13. mayonez
14. qalan çuğundur
15. mayonez
Axırda mayonezi salatıın hər tərəfinə çəkin. Üstünə və kənarlarına nar dənələri səpin və əlinizlə yüngülvari basın ki, yapışsınlar. Bir neçə saatlıq soyuducuya qoyun.Nuş olsun!
Hakkında: Aleksandr Kuprinin Qranatovıy Brasletdir əsəsrinin çox maraqlı hekayəsi var. Düzü detalları yadımda deyil, amma hekayə Vera adlı bir xanımın ad günündə bir nəfərin ona məktubla bərabər göndərdiyi bilərzikdən başlayır. Bilərziyin üstü qranat daşı ilə bəzənmişdi. Qranat daşın adıdır və əsl qranatın rəngi qırmızı olur, nar gilələri kimi. Daşın adı elə qranat, yəni nar sözündən gəlir. Qranatoviy Salat adı da məncə elə bu hekayədən gəlir.Düzü burada daş-qaş yerinə yeməli nar dənələri var, bu da ki mənə daş-qaşdan daha maraqlı gəlir:) Olduqca ləzzətli salatdır.
cox dadli salatdi mende hazirlayiram .