
Nanəli Dondurma
Nanəli Dondurma
Ərzaqlar
- 1,5 l süd
- 3 st. qaymaq
- 1,5 st. şəkər tozu
- 5 yumurtanın ağı (çalınmış olmalıdı)
- 1 ç.q. nanə esensiyası
- qırmızı qıda boyası
- 1,5 st. nanəli konfet ( monpası deyilən )
Hazırlanması
- Nanə esensiyası, rəng və monpasılar xaric, qalan ərzaqları qarışdırıb ocağın üstünə qoyun, yapışqan hala gələnədək bişirin…
- Ocaqdan götürüb nanə esensiyası və bir neçə damcı qırmızı qıda boyasını əlavə edin.
- Soyudun, qaba qoyun.
- Azca dondurun, sonra nanəli monpası əlavə edin, yenə dondurun.
- Süfrəyə verərkən istəyə uyğun bəzəyə bilərsiniz..
ən son şərh