
Nanəli, çiyələkli, limonlu buz
Ərzaqlar
- 2 limon
- 140 qram şəkər
- 400 qram çiyələk
- Nanə yarpağı
Hazırlanması
- Buzlu limon hazırlamaq üçün blendrdə limonu qabıqlı halda şəkər və 500 qram su ilə çalın.
- 2 dəqiqə limonu pure halına qədər çalın.
- Alınmış pureni qaşıqla əzərək şirəsini balaca bir qaba tökün.
- Qalan pureni atın.
- 2 çay q. şirədən kənara bir qaba qoyub qalanını buz dolabında 4 saat saxlayın.
- Şirə donduqdan sonra onu yenidən blendrlə çalın və yenə buz dolabında 30 dəqiqə saxlayın.
- O bərkiyənə qədər çiyələkləri doğrayın.
- Nanə yarpağını xırdalayın.
- Sonra çiyələyə xırdalanmış nanə yarpağını və 2 çay q. limon şirəsini qatın.
- Limon buzunu qaşıqla nimçəyə qoyub nanəli çiyələk ilə servis edə bilərsiniz.
Nuş olsun!
Nanəli, çiyələkli, limonlu buz şirniyyatı yay mövsümünün əvəzolunmazıdır.
ən son şərh