Nəfis sırnik
Ərzaqlar
- Tərkibi:
- 500 qram kəsmik
- 4 yumurta
- 200 qram şəkər
- 130 qram kərə yağı
- 1 limon qabığı
- 30 qram kişmiş
- 1 xörək qaşığı mannı yarması
- 3 xörək qaşığı xama
- 2 xörək qaşığı kakao
Hazırlanması
- Kəsmiyi aşsüzəndən keçirdin.
- Yumurta sarısın şəkərlə mikserlə çalın. Üzərinə mannı yarmasın əlavə edin.
- Limonun qabığın sürtgəcdən keçirdin və yumurta sarısına əlavə edin.
- Kərə yağından 30 qram qlazur üçün kənara qoyun. Qalan yağı və kişmişi yumurta sarısına əlavə edin.
- Yumurta ağın başqa qabda şişənədək mikserlə çalın. Kəsmiyi və yumurta ağın yumurta sarısına əlavə edin.
- Soba qabına perqament kağız qoyun və alınmış kütləni qaba əlavə edin.
- Qlazuru hazırlamaq üçün 30 qram yağı 2 xörək qaşığı şəkər ilə aşağı temperaturda qazda əridin. Üzərinə xamanı, kakaonu əlavə edin. Qaynamaq isdəyənədək qazda qarışdırın.
- Əvvələdən 180 dərəcə qızdırılnış sobada 40-50 dəqiqə bişirin.
- Hazır olduqda isdi halda üzərinə qlazuru tökün.
- 1 sutka soyuducuda saxladıqdan sonra serviz edə bilərsiniz.
Nuş Olsun!
ən son şərh