Multivarkada hazırlanan prajiski tort
Ərzaqlar
- Tərkibi:
- 2 yumurta
- 1 banka qaynadılmış süd
- 200 qram un
- ½ paket qabartma tozu
- 3 xörək qaşığı kakao
- ½ paket vanil
- Krem üçün:
- 4 xörək qaşığı un
- 4 xörək qaşığı kakao
- 400 qram süd
- 1 yumurta
- 300 qram şəkər tozu
- 200 qram kərə yağı
Hazırlanması
- Yumurtanı mikserlə çalın və qaynadılmış südü əlavə edib çalmağa davam edin. Una kakao, qabartma tozu və vanili qatın və yumurtaya əlavə edin.
- Multivarkanın qabını unlayıb yağlayın və xəmiri ora əlavə edin.
- 1 saat bişmə rejiminə qoyun.
- Kremi hazırlamaq üçün bir qab götürün şəkər tozunu yumurta ilə çalın. Üzərinə unu əlavə edin.
- Yaxşı qarışdırdıqdan sonra südü əlavə edin.
- Qazda aşağı odda qarışdıra-qarışdıra 200 qram da südü əlavə edin və qatılaşanadək bişirin.
- Köpüklər əmələ gələndə kənara qoyun. Soyuduqdan sonra yağ və kakao əlavə edib qarışdırın.
- Soyumuş xəmiri 3 hissəyə bölün və korjların hər tərəfini kremləyib üst üstə yığın.
- Üsdünə zövqə görə kakao zəpə bilərsiniz.
Nuş Olsun!
ən son şərh