Moruqlu piroq

Ərzaqlar

  • Tərkibi:
  • 180 qram kərə yağı
  • 280 qram un
  • ½ paket qabartma tozu
  • 100 qram şəkər
  • 1 yumurta
  • İçlik üçün:
  • 400 qram 20-30%-li xama
  • 100 qram şəkər
  • 4 yumurta
  • 2 xörək qaşığı un
  • 200 qram moruq
  • 200 qram xama
  • 3 xörək qaşığı şəkər

Hazırlanması

  1. Bir qab götürün və un qabartma tozu və vanili qarışdırın.
  2. Yağı sürtgəcdən keçirdin una qatın.
  3. 1 yumurta una əlavə edin və xəmiri hazırlayın.
  4. Əgər xəmir ovulursa 1-2 qaşıq ilığ su əlavə edib hazırlaya bilərsininz. Yumşaq xəmir alınmalıdır.
  5. Soba qabını yağlayın və xəmiri qaba elə yerləşdirin ki yanları hündür alınsın.
  6. 30 dəqiqə soyuducuda saxlayın.
  7. İçliyi hazırlamaq üçün yumurta və şəkəri mikserlə çalın.
  8. Üzərinə xama və unu əlavə idin.
  9. Soyuducudan soba qabını götürün və xəmirin üzərinə moruq və isdədiyininz başqa giləmeyvəni əlavə edə bilərsiniz.
  10. Üzərinə xamalı içliyi tökün və əvvəlcədən 180 dərəcə isidilmiş sobada 40-45 dəqiqə bişirin.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10