
Moruqlu keks
Ərzaqlar
- 10 yumurtanın ağı
- 300 qram yumşalmış kərə yağı
- 175 qram doğranmış badam
- 370 qram şəkər tozu
- 100 qram un
- 250 qram moruq
- 1 çay q. qabartma tozu
Hazırlanması
- Sobanı 180 dərəcə qızdırın.
- Keks qablarını yağlayın.
- Yumurta ağlarını mikserlə çalın.
- Qabartma tozunu unla qarışdırın Kərə yağını, badamı, şəkər tozunu və unu yumurta ağına əlavə edib mikserlə çalın.
- Xəmiri keks qablarına üçdə iki hissəsi qədər doldurun.
- Hər birinin üzərinə 2-3 moruq qoyub sobada 30 dəqiqə bişirin.
- Hazır olduqda soyuduqdan sonra şəkər tozu və moruqla bəzəyə bilərsiniz.
Nuş olsun!
Moruqlu keks hər mövsümdə əvəzolunmaz şirniyyatdır.
ən son şərh