Mineral sulu şokoladlı keks
Ərzaqlar
- Tərkibi:
- 180 qram qazlı su
- 30 qram kakao tozu
- 180 qram duru yağ
- 200 qram un
- 150 qram qoz
- ½ paket qabartma tozu
- ½ paket vanil
- 300 qram şəkər
- 5 yumurta
- Qlazur üçün:
- 200 qram qara şokolad
- 100 qram qaymağ
- 50 qram kərə yağı
Hazırlanması
- Yumurtanı şəkərlə mikserlə çalın.
- Üzərinə duru yağı əlavə edin.
- Qozu xırda formada doğrayın.
- Un, kakao, qoz, qabartma tozu, vanili qarışdırın və yumurtaya əlavə edin.
- Sonda qazlı suyu xəmirə əlavə edin.
- Düzbucaq formasında olan soba qabına perqament kağız qoyun.
- Əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 1, 5 saat bişirin.
- Sobadan çıxardıb qabı üzüaşağı fırladıb keksi qabdan çıxardın.
- Qlazuru hazırlamaq üçün şokolad, qaymağ və yağı bir qabda qarışdırın və qazda yağ əriyənədək aşağı temperaturda qarışdırın.
- Keks soyuduqdan sonra üsdünə tökün.
Nuş Olsun!
ən son şərh