
Mimoza Salatı
Ərzaqlar:
- 450 qram dərisiz və sümüksüz toyuğun döş əti
- 1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)
- 1/2 stəkan xırda doğranmış qoz ləpəsi
- 3 ədəd orta boy kartof
- 2 ədəd yumurta
- 3 ədəd orta boy yerkökü
- zövqə görə duz
- 6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar) + 6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)
- rəndələnmiş Holland pendiri
Qeyd 1: Əgər mayoneziniz duzludursa, layların arasına səpdiyiniz duzun miqdarını azaldın ki, salat çox duzlu olmasın.
Qeyd 2: Mimoza salatını balıqla da düzəltmək olar. Toyuq ətinin əvəzinə, duzlu siyənək balığından (rusca: selyodka) istifadə edin.
Hazırlanması:
- Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya əlinizlə didin.
- Karktof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun.
- Hazırladığınız ərzaqları aşağıda verilən ardıcıllıqla servis qabına lay-lay düzün.
toyuq ətinin yarısı
xama-mayonez qarışığı
qozun yarısı
kartofun yarısı
duz
xama-mayonez qarışığı
yumurtaların yarısı
duz
yerkökünün yarısı
xama-mayonez qarışığı
Layları eyni şəkildə davam edin. Ən üstdə yerkökü olmalıdır. - Axırıncı layın üstünə və salatın kənarlarına xama-mayonez qarışığı sürtüb, üstünə Holland pendiri sərpişdirin (bəzən mən pendirin yerinə nar dənələri qoyuram).
Nuş Olsun!
Hakkında: Yüngül sayılan salatlardan biri “mimoza” Rus mətbəxinə aiddir. Bi salatı Rusyada uşaqdan böyüyə hərkəs sevir. Hazırlanmasıda çox asandır.
One Comment