
Meyvəli Pizza
Meyvəli Pizza
Ingredients
Xəmiri üçün:
- 50 qr acıbadem (firma adı) bisküvisi
- 1 qəhvə fincanı marqarin
- 1,5 qəhvə fincanı şəkər tozu
- bir çimdik duz
- 1 portağal qabığı rəndəsi
- 1 çay qaşığı qabartma tozu
- 2,5 qəhvə fincanı un
- 3 yumurta
Içi üçün:
- 250 qr çiyələk və ya böyürtkən
- 1 xörək qaşığı pudra şəkəri
- 1-2 xörək qaşığı çiyələk liköru
- 300 qr şaftalı
- 250 qr üzüm
- 50 qr ağ şokolad
- 1 paket vanil
- 2 xörək qaşığı çəkilmiş fıstığ
- 300 qr krem şanti
Directions
- Sobanı 200 dərəcəyə nizamlayıb əvvəldən istilədin, kiçik soba qabını yağlayın.
- Biskvitləri kiçik parçalara bölün. Yumurtaların ağlar ilə sarılarını ayırın.
- Yumurta sarısı, marqarin, şəkər və duzu çalın. Portağal qabığı, qabartma tozu və unu əlavə edib qarışdırın.
- Yumurta ağlarını köpük halını alana qədər mikserlə çalın.
- Yumurta ağlarını və əzilmiş biskuviti unlu qarışığa əlavə edin.
- Xəmiri tartölet qəliblərinə paylaşdırın. Sobaya qoyub 12 dəqiqə bişirin.
- Hazırlanmış pizzanı korlanmamasına diqqət edərək qabdan çıxarın.
- Bu vaxt çiyələyi, pudra şəkəri və çiyələk likör ilə püre halına gətirin.
- Şaftalını dilimləyin. Üzümləri yuyub saplarını çıxarın. Şokoladı rəndənin iri tərəfi ilə rəndələyin.
- Xəmirlərin üzərinə çiyələkli püreni sürün. Kənarlarından boşluq buraxın.
- Şaftalı və üzümləri qarışığın üzərinə yerləşdirin. Rəndələnmiş şokoladı və fındığı səpin.
- Vanil krem şantini əlavə edib qarışdırın.
- Meyvəli pizzanı krem şanti ilə süfrəyə təqdim edin.
Nuş Olsun!
Hakkında: Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır
ən son şərh