
Meyvəli Fındıqlı Kökə
Meyvəli Fındıqlı Kökə
Ərzaqlar:
- 2 stəkan un
- 1 qəhvə fincanı süd
- bir miqdar yaş maya
- 2 xörək qaşığı duru yağ
- 100 qr. marqarin
- 1 kasa döyülmüş fındıq
- 2 xörək qaşığı quru üzüm
- marmelad və şəkər
Hazırlanması:
- 2 stəkan un dərin bir qaba qoyun. 1 qəhvə fincanı süd əlavə edin.
- Bir miqdar yaş mayanı ilıq suda həll edin. 2 xörək qaşığı duru yağ və 100 qr. marqarin ilə birlikdə xəmir yoğurun.
- Üzərini yaş bir dəsmalla örtün, 1 saat gözləyin. Xəmiri ikiyə bölün. Oxlovla ilə açın.
- Üzərinə dilədiyiniz marmelattan sürtün. Bol miqdarda döyülmüş fındıq səpin.
- 2 xörək qaşığı quru üzümü tökün. rulet formasında sarın. 2 barmaq enində kəsin.
- Nimçəyə düzün. Toz şəkəri səpin.
- Əvvəldən 180 dərəcədə isidilmiş sobada üzəri qızarana qədər bişirin və sonra süfrəyə verin.
Hakkında: Çox ləziz və damaq dadınıza uyğun olacaq yeməklərdəndir.
Nuş Olsun!
ən son şərh