
Mayonezli Toyuqlu Çörək
Mayonezli Toyuqlu Çörək
Posted on 31 Mart 2014 by admin in Kanepe ve çörək Reseptləri
Ərzaqlar:
- 1 ədəd qara və ya ağ çörək
- 1 ədəd portağal
- 2 ədəd toyuq sinə filesi
- 1 çay qaşığı keşniş
- 1 stəkan mayonez
- 1 çay qaşığı köri
- 3 dənə nanə
Hazırlanması:
- Çörəyin üzərini kəsərək qapaq şəklində çıxarın. İçini boşaldın.
- Toyuq sinəsini qaynadıb, soyutduqdan sonra iri parçalara ayırın.
- Portağalın qabığını ağ hissəsilə birlikdə kəsərək soyun. Dilimlədiktən sonra pərdələrini çıxarın.
- Mayonez, köri, keşniş və toyuq parçalarını qarışdırın. Hazırladığınız toyuqlu qarışığı çörəyin içinə doldurduqdan sonra, portağal dilimləri və təzə nanə yarpaqları ilə bəzəyin.
- Üzərini qapaq kimi çıxardığınız çörəklə bağlayın, alüminium folyoya sarın. Soyuducuda 2 saat gözlətdikdən sonra süfrəyə təqdim edin.
Hakkında: Asan və ləziz xörəklərdən olan bu yemək damaq dadınıza uyğun olacaq.
Nuş Olsun!
2 Comments