
Maskarponlı şokoladlı piroq
Ərzaqlar
- 200 qram 70%-li şokolad
- 200 qram kərə yağı
- 5 yumurta
- 140 qram un
- 500 qram maskarponi pendiri
- 1 çay q. vanil
- 1 çay q. qabartma tozu
- 200 qram qırmızı qarağat
Hazırlanması
- Sobanı 180 dərəcə qızdırın.
- Unu qabartma tozu ilə qarışdırın.
- Xırda doğranmış kərə yağı və hissələrə bölünmüş şokoladı su vannasında əridin.
- Qarışdırrın və soyumağa qoyun.
- 3 yumurta və 150 qram şəkəri mikserlə ağaranadək çalın.
- Yağlı şokoladı, sonra da unu üzərinə əlavə edin və aşağı sürətlə mikserlə çalın.
- Başqa qabda maskarponini qalan yumurta, şəkər və vanillə çalın.
- Soba qabını yağlayın və un səpin.
- Şokoladlı kütləni və maskarponili qarışığı 3 hissəyə bölün və növbə ilə qaba tökün.
- Hər kütləni tökdükdən sonra qaşıq ilə hamarlayın.
- 1 saat sobada bişirin.
- Diş çöpü ilə bişməyini yoxlayın.
- Piroq hazır olduqdan sonra üzərinə şəkər tozu səpin və giləmeyvə ilə bəzəyin.
Nuş olsun!
Maskarponlı şokoladlı piroq şokolad sevənlərin seçimidir.
ən son şərh