
Marçipan möcüzəsi
Ərzaqlar
- 6 yumurta
- 400 qram marçipan
- 1ədəd sürtgəcdən keçirilmiş portağal qabığı
- Bəzək üçün:
- Fındıq
- Pudra şəkəri
Hazırlanması
- 22 sm. ölçüdə qab götürüb və onu yaxşı yağlayın.
- Sonra yumurta ilə marçipanı mikser ilə çalın və sürtgəcdən keçirilmiş portağal qabığını ona əlavə edin.
- Hazırladığınız qarışığı yağlanmış qaba yerləşdirdikdən sonra əvvəlcədən qızdırılmış sobada 170 dərəcədə 15 dəqiqə bişirin, sonra temperaturu 120 dərəcəyə endirib 45 dəqiqə də piroq qəhvəyi rəng alana qədər bişirin.
- Hazır olduqda soyuduqdan sonra istəyə görə doğranmış fındıq və pudra şəkəri ilə bəzəyə bilərsiniz.
Nuş olsun!
Marçipan möcüzəsi şirniyyatı çay saatlarınızın əvəzolunmaz seçimidir.
ən son şərh