Mannılı Quş Südü Tortu
Ərzaqlar
Tərkibi:
- 200 qram kərə yağl və ya marqarin
- 4 ədəd yumurta
- 150 qram un
- 200 qram şəkər
- 2 çay qaşığı kakao
- ½ paket qabartma tozu
- ½ paket vanil
Krem üçün:
- 2 xörək qaşığı mannı yarması
- 0,5 litr süd
- 200 qram kərə yağı
- 150 qram şəkər
- 1 limon şirəsi
- ½ paket vanil
Qlazur üçün:
- 15 qram kərə yağı
- 3 xörək qaşığı şəkər
- 3 xörək qaşığı xama
- 3 xörək qaşığı kakao
Hazırlanması
- Yumurta və şəkəri mikserlə çalın. Üzərinə yağı əlavə edib çalmağa davam edin.
- Qabartma tozu, vanili unla qarışdırın və yumurtaya əlavə edin.
- Alınmış kütləni 2 hissəyə bölün və birinə kakao qatın.
- Soba qabına perqament kağız qoyun və ağ və kakaolu xəmiri əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.
- Bismiş biskviti də 2 hissəyə bölün.
- Kremi hazırlamaq üçün südü qazda isidin və manını əlavə edib qarışdıra-qarışdıra mannı bişirin. Kənara qoyun ki soyusun.
- Yağı şəkər və vanillə çalın. Üzərinə mannını əlavə edin.
- Sonda limon şirəsin kremə əlavə edin.
- Qlazuru hazırlamaq üçün qeyd etdiyimiz ərzaqları qarışdırın və qaynayanadək qazda qarışdırın.
- Tortu hazırlamaq üçün 1-ci kakaolu sonra ağ biskvit olmaq şərti ilə kremləyib üst-üstə düzün. Üzərinə qlazuru tökün.
Nuş Olsun!
ən son şərh