Mannılı baunti tortu
Ərzaqlar
- Tərkibi:
- 200 qram un
- 180 qram şəkər tozu
- 1 xörək qaşığı kakao
- 30 qram süd
- 3 yumurta
- 200 qram kərə yağı
- ½ paket qabartma tozu
- Krem üçün:
- 500 qram süd
- 85 qram mannı yarması
- 200 qram şəkər
- 200 qram kakos ovuntusu
- 200 qram kərə yağı
- Qlazur üçün:
- 150 qram şokolad
- 30 qram kərə yağı
Hazırlanması
- Xəmiri hazırlamaq üçün yumurtanı şəkərlə mikserlə çalın.
- Ayrı qabda un , kakao və qabartma tozun qarışdırın və yumurtaya əlavə edin.
- Üzərinə yumşalmış yağı əlavə edin mikserlə çalmağa davam edin.
- Ən sonda südü əlavə edib bir kütlə halınadək mikserlə çalın. Xəmir hazırdır.
- Soba qabına perqament kağız qoyun və xəmiri qaba əlavə edin.
- Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.
- Kremi hazırlamq üçün biq qazana südü əlavə edin və qazda qızdırın.
- Üzərinə mannı yarmasın əlavə edin və qarışdıra-qarışdıra mannı bişirin.
- Mikseri qabında yağla şəkəri çalın. Üzərinə bişirdiyiniz mannını və kakos ovuntusunu əlavə edib mikserlə çalın. 15-20 dəqiqə soyuducuya qoyun ki, soyusun.
- Biskviti 3 hissəyə bölün.
- Tortu hazırlamaq üçün korjların hər tərəfini kremləyib üst-üstə yığın.
- 20 dəqiqə soyuducuda saxlayın.
- Qlazuru hazırlamaq üçün şokoladı su vannasında əridin və üzərinə yağı əlavə edib qarışdırın.
- Tortun üzərinə qlazuru tökün və yenidən soyuducuda 2-3 saat saxlayın.
Nuş Olsun!
ən son şərh