
Limonlu və yoqurtlu panakota
Ərzaqlar
- 20 və ya 30%-li 250 qram qaymaq
- 130-150 qram şəkər tozu
- 1 paket vanel
- 14 qram jelatin
- 180 qram süd
- 240 qram yoqurt
- Sürtgəcdən keçirilmiş limon qabığı
Hazırlanması
- Südü qaba töküb üstünə jelatin əlavə edirik.
- Jelatin tam şişənə qədər 15 dəqiqə gözləyirik.
- Sonra mikrodalğalı sobada 15 saniyə tam jelatin həll olana qədər qızdırırıq.
- Ayrıca qabda qaymağa şəkər və vanel əlavə edib qarışdıra-qarışdıra qaynar vəziyyətə çatdırırıq.
- Qaynatmaq olmaz.
- Qaymaqla süd məhlullarını qarışdırırıq.
- Yoqurt və sürtgəcdən keçirilmiş limon qabığının yarısını (qalan yarısı bəzək üçün) üzərinə əlavə edirik.
- Hazırladığımız məhlulu forma və ya stəkanlara töküb ən azı 2 saat soyuducuda saxlayırıq.
- Panakota süfrəyə tam soyuq, üzərinə nanə və sürtgəcdən keçirilmiş limon qabığı ilə verilir.
Nuş olsun!
limonlu və yoqurtlu panakota yoqurtlu və meyvəli şirniyyatdır.
ən son şərh