Limonlu çizkeyk
Ərzaqlar
- Tərkibi:
- 250 qram yağlı peçenye
- qram kərə yağı
- İçlik üçün:
- 750 qram yumşağ kəsmik
- 1 limon
- ½ su stəkanı şəkrə pudrası
- 3 yumurta
- Limonlu krem:
- 50 qram kərə yağı
- ½ su stəkanı şəkər pudrası
- 1 yumurta
- 1 limon
Hazırlanması
- İçliyi hazırlamaq üçün yumurta ilə şəkəri mikserlə çalın. Limonun qabığın sürtgəcdən keçirdib qarışığa əlavə edin.
- Üzərinə kəsmiyi əlavə edib çalmağa davam edin.
- Xəmir üçün peçenyeni blendrlə xırdalayın. Kərə yağı ilə qarışdırın.
- Çizkeyk hazırlayaçağınız dairə formasında olan şüşə qaba peçenyeli xəmiri əllə elə yerləşdirin ki, qabın yanların da örtsün.
- 30 dəqiqə soyuducuda saxlayın.
- Sonra xəmirin üzərinə yumurtalı-kəsmikli qarışığı əlavə edi.
- Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 1 saat bişirin.
- Kremi hazırlamaq üçün qazanda yağ, yumurta şəkəri qarışdırın. Limonun qabığın sürtgəcdən keçirdin şirəsin sıxın və kremə əlavə edin.
- Aşağı odda 20 dəqiqə qarışdıra-qarışdıra bişirin.
- Kremi çizkeykin üzərinə əlavə edib hər tərəfinə bərabər yayın və 2-3 saat soyuducuda saxlayın.
- Xüsuslilə pəhriz saxlayan xanımlar üçün yüngül diyetik desertdir. Nuş olsun.
Nuş Olsun!
ən son şərh