
Limon kremli mini bizelər
Ərzaqlar
- Limon Kremi üçün:
- 113 gr kərəyağ (otaq temperaturunda yumşaq)
- 3 ədəd rəndələnmiş limon qabığı (ağ yerlərini istifadə etmirik)
- 300 gr (1,5 su stəkanı) şəkər
- 4 ədəd yumurta
- 1 çimdik duz
- 1/2 su stəkanı limon suyu
- Mini bize üçün:
- 4 ədəd yumurtanın ağı (otaq temperaturunda)
- 1/2 yemək qaşığı krem tartar
- 200 gr (1 su stəkanı) şəkər tozu
Hazırlanması
- Sobanızı 150 dərəcədə isidin.
- İki ədəd soba qabına yağlı kağız sərin.
- Yumurta ağlarını köpük olana qədər çırpın.
- Köpüklənəndə içinə krem tartarı əlavə edin.
- Sonra çalaraq şəkər tozunu əlavə edin.
- Qabararaq qatı hala gələndə sıxma torbasına töküb soba qabına əvvəlcə içdən çölə doğru dairəvi spiral çəkin.
- Quş yuvası forması alacaq.
- Sobaya qoyun.
- 30 dəqiqə bişdikdən sonra dərəcəni 120-ə salın və 15 dəqiqə də bişirin.
- Sobanızı söndürün və qapağını biraz aralayın.
- İçlərinə soyuyan limon kreminizdən əlavə edin və servis edin.
Nuş olsun!
Limon kremli mini bizelər asan hazırlanan şirniyyatdır.
ən son şərh