
lebeniyə sorbasi
Lebeniyə Şorbası
Ərzaqlar
- 250 gr qovrulmuş ət
- duz
- qarabibər
- 1/2 su stəkanı düyü
- 1 su stəkanı qaynadılmış noxud
- 1-2 su stəkanı qatıq
- 10 su stəkanı su
- 1-2 qaşıq un
Qızartmaq üçün:
- duru yağ
- Arzuya görə 1 yumurta
Üzərinə:
- Tərə yağı
- Nanə
- Pul bibər
Hazırlanması
- Qovrulmuş ət,duz və qara bibərlə fındıq böyüklüyündə kiftələr hazırlanır.Unlu çiniyə qoyulur,bir iki sallayıb,3-4 qaşıq duru yağda qızardılır və kənara alınır.
- Qazanda 1-2 stəkan su ilə düyülər qaynadılır. Yaxşıca yumşalması lazımdır.
- Sulandırılmış qatıq və un yaxşıca qarışdırılır,qalan su əlavə edilir.
- Daha sonra hamısı birlikdə qazana əlavə edilir. Qaynamağa başlayınca noxudlar və kiftələr qatılır.Un qoxusu gedib, şorba halına gəlincə duz ilə dadlandırın,altı söndürülür.
- Tavada tərə yağ əridilir,nanə və pul bibər atılıb,altı söndürülür.
Servis edərkən, tərə yağı üzərinə gəzdirilir.Nuş Olsun!
Hakkında: Bu şorba Türk mətbəxinin Qaziantep bölgəsinə aiddir.
ən son şərh