
Lavaşlı Pizza
Lavaşlı Pizza
Ərzaqlar:
- 3 ədəd lavaş
- 3 ədəd yumurta
- 2 su stəkanı süd
- 1/ 2 çay stəkanı bitki yağı
- 1 xörək qaşığı qatıq
- 1 xörək qaşığı ketçup
- 4 dilim kolbasa
- 2 xörək qaşığı qarğıdalı
- 1 çay qaşığı kəklikotu
- 1 paket kənd pendiri
Hazırlanması:
- Boşqabı yüngülcə yağlayın. İlk lavaşı boşqaba, kənarları çöldə qalacaq şəkildə, yerləşdirin.
- Qalan lavaşları əlinizlə parçalayıb ayrıca boşqaba qoyun.
- Bir qabda iki ədəd yumurtanı və 1 yumurtanın ağını, 2 su stəkanı südü, yarım çay stəkanı bitki yağını və 1 şorba qaşığı qatığı yaxşıca qarışdırın.
- Qarışığın yarısını parçalanmış lavaşlarını üzərinə gəzdirin və kənarlarını ortaya gətirərək birləşdirin.
- Qatıqlı qarışığın içinə 1 şorba qaşığı ketçubu əlavə edin. Hazırladığınız bu qarışığı yuxanın üzərinə tökün.
- Kolbasa dilimlərini düzün. Qarğıdalı və kəklikotunu səpin.
- Incə dilimlər halında kəsdiyiniz pendiridən kolbasanın üzərinə əlavə edin.
- Orta dəəcəli istilikdə olan sobada pendirin üzəri qızarana qədər bişirin.
Nuş Olsun!
Hakkında: Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır.
ən son şərh