
lahmacun
Lahmacun
Ərzaqlar:
Xəmiri Üçün:
- 1 xörək qaşığı quru maya
- 1 çay qaşığı şəkər tozu
- 1 3/4 stəkan ilıq su
- 4 stəkan əla növ un
- 2 çay qaşığı duz
Üstü Uçün:
- 225 q çəkilmiş qoyun əti
- 1 ədəd kiçik soğan – xırda-xırda doğranmış (1/2 stəkan)
- 3 ədəd yetişmiş pomidor – qabığı soyulmuş, sıxılaraq dənəsi çıxarılmış və xırda-xırda doğranmış (1stəkan)
- 3/4 stəkan xırda-xırda doğranmış cəfəri
- 3 diş xırda-xırda doğranmış sarımsaq
- 1 xörək qaşığı acı qırmızı bibər tozu
- 2 çay qaşığı şirin qırmızı bibər tozu (paprika)
- duz
- 4 xörək qaşığı soyuq su
Süfrəyə Vermək Üçün:
- cəfəri
- limon
- ayran
Hazırlanması:
- Əvvəcə xəmiri hazırlayın. Bir qabda maya, şəkər və 1/2 stəkan ilıq suyu maya həll olana qədər qarışdırın.
- Qoyun isti yerdə 10 dəqiqə, üstü köpüklənənədək qalsın. 1 stəkan unu iri qaba ələyin. Üstünə mayalı qarışığı əlavə edib, qarışdırın. Qabın üstünü sellofanla örtüb 30 qədiqəlik isti yerə qoyun ki, qarışıq gəlsin və süngər (qubka) kimi olsun.
- Sonra qalan unu da bu qarışığa əlavə edin. Duzu və qalan 1 1/4stəkan suyu da əlavə edib, yaxşıca qarışdırın.
- Xəmiri 10 dəqiqə ərzində yoğurun. Hazır xəmir elastik olmalı və ələ yapışmamalıdır.
- Xəmiri iri qaba qoyub üstünü dəsmalla örtün. 1 saatlıq isti yerə qoyun ki, xəmir gəlsin. İçi hazırlayın.
- Bunun üçün içə ayrılan ərzaqları bir qaba qoyub, yaxşı qarışanadək yoğurun.
- Sobanı 230Cdək qızdırın. İri dəyaz formanı tərs çevirin (şəkilə bax) və üstünü bir az unlayın. Kənara qoyun.
- Gəlmiş xəmiri bir az un səpilmiş yerə qoyun və əlinizlə ona uzunsov şəkil verin. İti bıcaqla 8 hissəyə bölün.
- Hissələri kündələyib ovcunuzla üstlərinə basaraq, bir az yastıladın. Sonra isə bu kündələrin üstünü sellofan və ya dəsmalla örtüb, 20 dəqiqəlik isti yerə qoyun ki, dincəlsinlər.
- Sonra isə kündələrin birini unlanmış yerdə 25 sm-lik çox nazik dairə əldə edənədək oxlovla açın və unlanmış formaya qoyun.
- Dairənin üstünə içdən yayın. Lahmacunu istinmiş sobada ət bişənədək, təxminən 7 dəqiqə bişirin. Bişən lahmacunu sobadan çıxardan kimi, kənarlarındakı xəmirə yağ sürtün (bu, kənarlarını yumuşaldacaq).
- Bir lahmacun bişənədək, digər kündələri də eyniylə açıb, içdən yayıb, bişirin. Lahmacunu isti-isti süfrəyə verin.
- Üstünə limon sıxıb, cəfəri qoyub yeyin. Süfrəyə ayran da verilir.
Nuş Olsun!
Hakkında: Lahmacunu Azərbaycanda tanımayan az olar. Bu yemək növü terk mətbəxinə aiddir. Əsl lahmacun kürədə bişirilir, və belə lahmacunun özünəməxsus dadı olur, elə bütün kürədə bişən çörəklər kimi.
ən son şərh