
Kokoslu Batonlar
Kokoslu Batonlar
Ərzaqlar
- 3 yumurtanın ağı
- 300 q şəkər tozu
- 1 ç.q. limon sedrası
- 2 x.q. qarğıdalı unu
- 280 q kokos yonqarı
- 60 q tünd şokolad
Hazırlanması
- Sobanı 160 dərəcə qızdırın. İki sinini yağlayıb içinə perqament döşəyin.
- Yumurta ağını quru kasaya töküb mikserlə möhkəm çalın. Az-az şəkər tozu əlavə edin.
- Şəkər tozu əriyənədək, möhkəm, qatı, parıldayan kütlə alınanadək çalın. Limon sedrası əlavə edin (sedra əvəzinə 2-3 damcı -limon şirəsi götürə bilərsiniz).
- Bu qarışığı daha böyük qaba tökün, ələnmiş qarğıdalı unu, kokos yonqarı (üzərinə səpmək üçün 2 x.q. qaşığı qədər saxlayın) əlavə edib qaşıqla qarışdırın.
- Bu qarışıqdan 1-2 qaşıq götürüb bir-birindən 3 sm aralı olmaqla hazırladığınız sinilərə düzün.
- Qalan kokos yonqarını üstünə səpin. Sobada 15-20 dəqiqə, qızılı rəng alanadək bişirin.
- Şəbəkənin üstünə düzüb soyudun.
- Elə belə də yemək olar. Ancaq şokolad sevənlər daha da irəli gedə bilərlər.
- Şokoladı su hamamında əridin. Hər batonu şokolada batırıb, yenidən şəbəkənin üstünə düzün. Quruyandan sonra süfrəyə verin.
Nuş olsun!
Hakkında: Asan və yüngül şirniyyatlardandır.
ən son şərh