
Köklü Tort
Köklü Tort
Ərzaqlar
- 1 kg kök
- 1 stəkan şəkər
- 1 stəkan su
- 1 paket pitibör biskvit
- 1 çay stəkanı döyülmüş qoz
- 1 paket vanil
- 1 paket kakaolu pudinq
- 50 qr marqarin
- qoz
Hazırlanması
- Əvvəl bir kg kökü rəndələyərək qazana qoyun.
- Şəkər və su əlavə edərək orta atəşdə suyunu çəkənə qədər bişirin.
- Ocaqdan götürüb içinə marqarin qoyub əridib yaxşıca qarışdırın.
- Biskvitləri qıraraq içinə qoyun, üzərinə qoz və vanil əlavə edin.
- Dərin bir kasaya qoyub, soyuducuya qoyun ən az 4 saat gözlədərək soyuducudan çıxarın və boşqaba qoyun.
- Kakaolu pudingi istəyə görə su və ya südlə bişirib bir az soyudub şirniyatın üzərinə tökün.
- Qoz ilə bəzələyərək birneçə dəqiqə soyuducuda saxlayın. Nuş olsun!
Nuş Olsun!
ən son şərh