Kivili zefirli meyvəli tort
Ərzaqlar
- Tərkibi:
- 400 qram peçenye
- 200 qram kərə yağı
- 660 qram xama
- 6 ədəd kivi
- 1 limon
- ½ su stəkanı şəkər
- 6 ədəd zefir (300 qram)
- 2 banan
- 50 qram jelatin
Hazırlanması
- Peçenye və yağı blendrlə xırdalayın.
- 25 sm ölçüdə dairə formasında qaba perqament kağız qoyun.
- Yağlı peçenye ovuntusunu qaba elə yayın ki, qabın yanların da örtsün.
- Bananları halda formasında doğrayıb peçenyenin üsdünə düzün. Limonun qabığın sürtgəcdən keçirdib bananın üsdünə səpin.
- 5 dənə kivini kub formasında doğrayıb bir qazana yığın. Üsdünə şəkərəlavə edin və limonun şirəsin sıxın. Qazda 3 dəqiqə saxlayıb kənara qoyun.
- Kivinin üzərinə xama və zefiri kub formasında doğrayıb əlavə edin.
- Jelatini az su ilə isladıb mikrodalğalı sobada və ya aşağı temperatur qazda əriməyin gözləyin.
- Jelatini kiviyə qatıb qarışdırın və bananların üsdünə əlavə edin.
- Hazır tortu 30-40 dəqiqə soyuducuda buz dolabında saxlayın.
- Üsdünü kivi ilə bəzəyin.
Nuş Olsun!
ən son şərh