
Kiftəli Makaron
Kiftəli Makaron
Ərzaqlar:
- 1 paket yumurtalı spagetti
- 250 qr ət maşınından keçirilmiş dana əti
- 1 soğan
- 1 yumurta
- 2 xörək qaşığı ət suyu
- 2 su stəkanı pomidor əzməsi
- 2 xörək qaşığı bayat çörək içi
- 2 xörək qaşığı zeytunyağı
- 3-4 dəstə cəfəri
- 1 xörək qaşığı rəndələnmiş yağsız pendir
- 1 dəstə təzə nanə, duz
Hazırlanması:
- Soğanın qabığını soyun 1 xörək qaşığı yağ və 2 xörək qaşığı su ilə yüngülcə bişirin.
- Ətin suyunda isladılmış və sıxılmış çörək içini xırda doğranmış cəfəri, yumurta və pendir ilə qarışdırın.
- Duz və ət maşınından keçirilmiş dana ətini əlavə edib qarışdırın. Fındıq böyüklüyündə küftələr edin sonra qızardın.
- Pomidoru nanə ilə birlikdə 10 dəqiqə bişirin. Duz, qalan yağ və küftələri əlavə edib bir neçə dəqiqə daha bişirin.
- Makaronu duzlu suda qaynadın. Süzüb pomidor sousu və küftələr ilə qarışdırın.
- Təzə reyhan və ya nanə yarpaqlarıyla bəzəyib süfrəyə verin.
Hakkında – Kiftəli Makaron Turkiyədə çox sevilən yeməklərindən birindir. Bu yeməyi hazırlamaq çox asandır, əziyyətsizdir və vaxt aparmayan yemək növünə aiddir. Hazırlayıb və dadmanızı tövsiyə edirəm. İndidən nuş olsun.
ən son şərh