
Kartoflu Qozlu Tort
Kartoflu Qozlu Tort
Ərzaqlar
Xəmir üçün:
- 6 orta boy kartof
- 100 qr marqarin
- 1 su stəkanı şəkər tozu
- 5 yumurta
- 1 çay stəkanı un halva halında
- 200 qr çəkilmiş qoz
- 1 paket qabartma tozu
İçlik üçün:
- 1/2 lt süd
- 2 paket krem şanti
- 1 paket vanil
- 1 yemək qaşığı darçın
- 4 yemək qaşığı alma pürəsi
- 4 yemek kaşığı şəkər
Hazırlanması
- Kartofları yuyub qabıqları ilə qaynadın.
- Soyuduqdan sonra qabıqlarını təmizləyib rəndələyin.
- Marqarini əridərək şəkərlə birlikdə köpürənədək çırpın.
- Yumurtaları tək-tək əlavə edin.
- Çəkilmiş qoz, qabartma tozu və rəndələnmiş kartofları əlavə edərək qarışdırın.
- Hazırladığınız xəmiri yağlanmış unlanmış qəlibə tökərək 180 dərəcə isidilmiş sobada bişirin.
- Bir az soyuduqdan sonra qəlibdən çıxarın.
- Alma pürəsini hazırlamaq üçün, bir almanı rəndələyib öz suyu ilə yüngülcə bişirin. Krem şantini südlə çırpın.
- Darçın, alma püresini vanil ilə qarışdırdıqdan sonra soyumuş keksin üzərinə sürün.
- Süfrəyə soyuq təqdim edin.
Nuş Olsun!
ən son şərh