
Karib-adalarından-yağlı-kökələr-resepti
Karib Adalarından Yağlı Kökələr
Ərzaqlar
- 1 stəkan yarım ilıq su
- 2 xörək qaşığı şəkər tozu
- 1 xörək qaşığı toz maya
- 4 stəkan un
- Dörtdə üç çay qaşığı duz
- 2 xörək qaşığı duru yağ (bitki yağı kimi)
- Təxminən 200 qram kərə yağı – otaq hərarətində yumuşaldırılmış
Hazırlaması
- Şəkər tozunu bir kasaya qoyun, üstünə suyu töküb qarışdırın ki, şəkər həll olunsun.
- Mayanı əlavə edin. Kasanı mətbəx streçi ilə örtüb kütlənin qabarması üçün 10 dəqiqəlik kənarda isti yerə qoyun.
-
Ayrı iri qabda un və duzu qarışdırın. Ordasında çuxur açıb oraya mayalı qarışığı və duru yağı əlavə edin.
- Qarışdırın.
- Xəmiri kasadan çıxardıb yapışmaması üçün masaya un səpib xəmiri təxminən 3-4 dəqiqə ərzində yoğurun.
- Xəmir bərk olmalı amma çox deyil və eyni zamanda elastik olmalıdır. İri qabın içini bir az duru yağla yağlayın.
- Xəmiri buraya geri qoyub o tərəf bu tərəfə çevirin ki, üstü bir az yağlansın.
- Xəmirin üstünü örtüb gəlməsi üçün isti yerə qoyun – təxminən 1 saat 15 dəqiqəlik. Xəmir ən azı iki-qat şişməlidir.
-
Gəlmiş xəmiri bir-iki dəqiqə yoğurun, yarı bölün.
- Hər yarını ən azı 6 hissəyə bölün (bəzən daha da çox alınır). Hər parçanı kündələyin.
- Hər kündəni unlanmış yerdə oxlovla diyametri 7-8 santimetr olan dairə şəklində açın.
- Kərə yağından qaşıqla təxminən 1-2 çay qaşığı götürüb dairənin ortasına yaxın.
- Kənarlarına deyil. Dairəni yarım-ay şəklində bükün. Sonra isə yenə bükərək üçbucaq əldə edin.
- Üçbucaqları 2 ədəd listə yerləşdirin (listləri yağlamayın!).
- Listlərin üstünü çay dəsmalıyla örtüb isti yerə qoyun ki, üçbucaqlar gəlsin,
- 1 saat ərzində. Bu müddət bitməzdən 10-20 dəqiqə əvvəl sobanı 205C-dək qızdırın.
-
Listlərin birini sobanın yuxarı digərinini isə aşağı rəfinə yerləşdirin.
- Üçbucaqları 18-20 dəqiqə və yaxud üstləri bir az qızaranadək bişirin.
- Kökələrin içindəki yağın bir hissəsi listə çıxacaq – narahat olmayın, bu normaldır.
- İçində qalan yağ isə çörəyin içinə yayılacaq. Kökələri sobadan çıxardıb alt-üst edin ki, içlərindəki yağ hər tərəfə yayılsın.
- İstəyə görə kökələrin üzərini listdəki yağla yağlaya bilərsiniz.
- Kökələr isti ikən və ya otaq hərarətində ikən süfrəyə verilir.
- Nuş olsun!
Not:Orijinal reseptdə kökələri sobadan çıxardan kimi onların üstünü yağlamaq məsləhət görülür.
Hakkında: Bu ləzzətli çörəklərin resepti lap uzaqlardan, Karib Adalarından gəlir. Çox maraqlı mətbəxləri var – Çin, Hindistan, Afrika, Ərəb ölkələri və başqa yerlərin Karib mətbəxində izini görmək olar.
ən son şərh