Kəsmikli zefir
Ərzaqlar
- Tərkibi:
- 400 qram kəsmik
- 15 qram jelatin
- 120 qram süd
- 50 qram şəkər pudrası
Hazırlanması
- Jelatini ilığ süd ilə isladın və 10-15 dəqiqə kənara qoyun.
- Kəsmiyi şəkər ilə mikserlə çalın.
- Kəsmiyə şişmiş jelatini əlavə edin və mikserlə çalmağa davam edin.
- Kub formasında olan forma qaba kütləni əlavə edin və soyuducunun buz dolabında 2 saat saxlayın.
- Pəhriz saxlayanlar üçün tamamilə aşağı kalorisi olan dadlı şirniyyatdır.
Nuş Olsun!
ən son şərh