Kəsmikli peçenyeli tort
Ərzaqlar
- Tərkibi:
- 60 qram su
- 100 qram şokoladlı peçenye
- ½ paket vanil
- 250 qram kəsmik
- 1 xörək qaşığı jelatin
- 100 qram şəkər
- 250 qram xama
- 20 qram südlü şokolad
Hazırlanması
- Jelatini su ilə isladın.
- Xama şəkər və kəsmiyi mikserlə çaln.
- Jelatini 1-2 dəqiqə mikrodalğalı sobada saxlayın ki yaxşı həll olsun və kəsmikli qarışığa əlavə edin.
- Düzbucaq formasında olan hər hansı bir qaba 1 sıra peçenye düzün.
- Üzərinə hər tərəfinə hündürlüyü 1 sm ölçüdə krem tökün.
- Bu prosesi 3 dəfə təkrar edin.
- 1 sutka soyuducuda saxladıqdan sonra üsdünə şokoladı sürtgəcdən keçirdib səpin.
- Kvadrat formasında doğrayib servis edə bilərsiniz.
Nuş Olsun!
ən son şərh