
Kəsmikli meyvəli desert
Ərzaqlar
- Kəsmik- 300 qr
- Xama – 150 qr
- Şəkər tozu- 2 stəkan
- Jelatin – 1 stəkan
- Süd – 100 ml
- Konservləşdirilmiş şaftalı
- Banan – 1 ədəd
- Kivi – 1 ədəd
Hazırlanması
- Kəsmiyə xama və şəkər əlavə edin və blendrlə çalın.
- Meyvələri təmizləyin və halqa formasında doğrayıb 4 yerə bölün.
- Jelatinə süd qatıb şişməyini gözləyin.
- Sonra jelatini odda tam əriyənə qədər qızdırın. (qaynamamaq şərti ilə).
- Kəsmikli qarşığın üstünə əlavə edib yaxşı qarışdırın.
- Formaya bir sıra meyvə düzün.
- Kəsmikli qarışıqdan əlavə edin.
- Sonra yenə meyvə düzün və qarışıq əlavə edin və təkrarlayın.
- Son qat kəsmikli qarışıq olmalıdır.
- Üzərinə bəzək üçün xırdalanmış şokolad dənələri tökə bilərsiniz.
- Soyuducuda 30 dəqiqə saxlayın.
Nuş olsun!
Kəsmikli meyvəli desert, desert sevənlər üçün fürsətdir.
ən son şərh