
Kəsmikli Kətə “Zərif”
Kəsmikli Kətə “Zərif”
Ərzaqlar
Xəmir üçün:
- 200 q soyuq kərə yağı
- 1/2 çay qaşığı soda
- 1/2 xörək qaşığı qatıq və ya xama
- 2 stəkan un
- 1/2 stəkan şəkər tozu
İçi üçün:
- 400 q kəsmik
- 1 stəkan şəkər tozu
- 2 yumurta
- bir çimdik vanil
Hazırlanması
- Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün soyuq kərə yağını sürtgəcin iri dişlərindən bir qabın içinə keçirin.
- Stəkanda sodanı qatıq və ya xamada həll edib yağ olan qaba əlavə edin.
- Unu və şəkər tozunu da oraya əlavə edib, çəngəllə əzmədən, təxminən noxud boyda umaj əldə edənə qədər qarışdırın.
- MİKSERDƏN İSTİFADƏ ETMƏYİN! İndi isə içi hazırlayın. Bunun üçün içə lazım olan ərzaqları bir qaba qoyub, qarışdırın 20 x 28 cm ölçülərində olan kənarları bir qədər hündür fomanı yağlayın (mən sobaya dayanıqlı şüşə formadan istifadə edirəm).
- Sobanı 180C-dək qızdırın. Xəmiri iki yerə bölün.
- Bir hissəsini yağladığınız formanın dibinə yayın. Üstündən basmayın.
- Kəsmikli içi bunun üzərinə yayın. Sonra isə qalan xəmiri için üstünə səpin. Üstündən basmayın.
- Kətəni sobanın orta rəfində 30 dəqiqə ərzində, və yaxud üstü biz az qızaranadək bişirin.
- Kətəni sobadan çıxardın və qoyun formada 15 dəqiqə soyusun.
- Sonra isə kətəni doğrayın. Süfrəyə verməzdən əvvəl tamamilə soyumasını gözləyin.
Nuş Olsun!
Hakkında: Adındanda göründüyü kimi çox zərif şirniyyatdır.
ən son şərh