
Kəsmikli Ananasli Tort
Ərzaqlar
- 5 yumurta
- 1 su stəkanı şəkər
- 1 su stəkanı un
- 1 limon qabığı
- 300 qram maskarponi pendiri
- 20-30%-li 250 qram qaymaq
- 20 qram jelatin
- 130 qram su
- 5 xörək q. şəkər tozu
- 1 banka konservləşdirilmiş ananas
Hazırlanması
- Yumurtanın ağını şəkərlə mikserlə bize forması alanadək çalın.
- Üzərinə yumurta sarısı əlavə edin.
- Limon qabığını sürtgəcdən keçirib əlavə edin.
- Unu əlavə edin və bir istiqamətdə qarışdıırn.
- 24 sm ölçülü soba qabına tökün.
- Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 25-30 dəqiqə bişirin.
- Biskvit hazır olduqda soyuduqdan sonra onu 2 hissəyə bölün.
- Jelatini suda isladın.
- qaymaqdan 3 xörək q. kənara qoyun. Maskarponini qaymaq və şəkərlə çalın. Helatini su vannasında əridin və ananas meyvəsi ilə birlikdə qarışığa əlavə edin.
- Tortu yanları hündür qabda hazırlayın. Soba qabında da hazırlamaq olar. Biskvitin 1-ci korjunun üzərinə kremi tökün. Üzərinə ikinci biskviti qoyun.
- Kənara qoyduğunuz qaymaqla xırdalanmış şokoladı bir qabda aşağı odda əridin. Alınmış qlazuru tortun üzərinə tökün.
Nuş Olsun!
Kəsmikli ananasli tort fərqli dadı ilə sizi təəccübləndirəcək.
ən son şərh