
Kələm Dolması
Kələm Dolması
Ərzaqlar:
- Qoyun əti – 163 q.
- Düyü – 20 q.
- Noxud – 10 q.
- Baş soğan – 15 q.
- Kələm – 220 q.
- Şabalıd – 50 q.
- Keşniş – 15 q.
- Pomidor – 50 q.
- Şərab sirkəsi – 10 q.
- və ya limon turşusu – 2 q.
- şəkər – 5 q.
- və ya doşab – 15 q.
- darçın – 0,1 q.
- duz
Hazırlanması
- Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır.
- Qiyməyə düyü, soyuq suda isladılmış noxud ləpəsi, təmizlənmiş və xırda doğranmış şabalıd, pomidor, göyərti, istiot və duz vurulub ciddi qarışdırılır.
- Kələmi qaynar suda pörtüb, yarpaqları ayırır və hər pay üçün üç ədəd olmaqla kələmin içərisinə qiymə qoyulub kvadrat formasında bükülür.
- Qazana yığılır, üzərinə bulyon və ya su tökülür, bişirilir. Hazır olmasına 20 dəqiqə qalmış üzərinə şəkər və sirkədən hazırlanmış şirə əlavə edilir.
- Süfrəyə verdikdə kələm dolmasının üstünə bişirildiyi sousdan tökülüb darçın səpiləbilər.
ən son şərh