
kələkos
Kələkoş
Ərzaqlar
- (1 nəfərlik)
- 1 st qatıq
- 2/3 st su
- 1 ədəd yumurta
- 1ç.q un
- 1 ç.q nanə
- Duz
- 10 q kərə yağı
Hazırlanması
- Qazana qatığı, yumurtanı və unu əlavə edib yaxşı qarışdırırıq. Suyu, nanəni və duzu əlavə edib qarışdırırıq. Qazın üstündə normal odda bişiririk. Qaynamağa başlayanda kərə yağını əlavə edirik. 5-10 dəqiqə də qarışdırıb götürürük. Kələkoş qışda süfrəyə isti yayda soyuq verilir.Nuş olsun!
Hakkında: Kələkoş Azərbaycanın milli xörəklərindən biridir. Bişirilməsi çox sadədir.
ən son şərh