Jeleli feriya tortu
Ərzaqlar
- Tərkibi:
- 4 yumurta
- 150 qram şəkər
- ½ paket vanil
- 1paket qabartma tozu
- 180 qram un
- 6 xörək qaşığı süd
- 2 paket qırmızı, yaşıl jele
- Krem üçün:
- 25 qram jelatin
- 50 qram süd
- 500 qram 33%-li qaymağ
- 400 qram maskarponi pendiri
- 150 qram şəkər
- ½ paket vanil
- Bəzək üçün:
- 200 qram xama
- 3 xörək qaşığı şəkər
Hazırlanması
- Jeleni su ilə isladın ki, şişsin.
- Xəmiri haırlamaq üçün yumurtanı şəkərlə mikserlə çalın.
- Südü əlavə edin və çalmağa davam edin.
- Qabartma tozu və vanili unla qarışdırın və yumurtalı qarışığa əlavə edin.
- Yanları hündür olan 24 sm ölçülü soba qabına perqament kağız qoyun və alınmış xəmiri ora əlavə edin.
- Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.
- Alınmış biskviti soyuduqdan sonra 2 hissəyə bölün.
- Südü qızdırın və jelatini südlə isladın ki, şişsin.
- Kremi hazırlamaq üçün qaymağı şəkərlə çalın.
- Üzərinə maskarponi pendiri, vanili əlavə edib çalmağa davam edin.
- 2 rəngli jeleni xırda kvadratlara bölün. Bir az üsdünü bəzəmək üçün kənara qoyun. Qalanın kremə əlavə edin.
- Südlə isladılmış jelatini də kremə əlavə edib tez qarışdırın.
- Tortu hazırlamaq üçün biskvitin birinin üsdünə bütün kremi əlavə edin və üzərinə digər biskviti qoyun.
- Xamanı şəkərlə çalın və tortun üsdünü, yanlarını xama ilə örtün. Bəzək üçün rəngli jeleləri də üsdünə düzün.
Nuş Olsun!
ən son şərh