
İtaliya deserti Pana-Kotta
Ərzaqlar
- 600 qram qaymaq
- 1 paket toz formalı jelatin
- 50 qram şəkər tozu
- 1 paket vanil
- 1q xörək q. konyak
- 100 qram giləmeyvə
- 4 ədəd albalı (konservləşdirilmiş də ola bilər)
Hazırlanması
- Bir qaba 4 xörək q. qaynar su tökün və jelatini onda həll edin, 5-10 dəqiqə şişməyini gözləyin.
- Qaymağı şəkər tozu, vanil və konyak ilə çalın və jelatini buna əlavə edin, yaxşı qarışdırın.
- Desert hazırlayacağınız balaca stəkan formalı qablara albalı qoyub üzərinə alınmış qaymaqlı kütləni tökün.
- 2 saat soyuducuda saxlayın.
- Deserti formadan çıxartmaq istəsəniz qabı isti suya salın və tərsinə nimçəyə qoyun, rahatlıqla formadan çıxacaq.
- Soyuduqdan sonra üzərinə doğranmış giləmeyvə qoya bilərsiniz.
Nuş olsun!
İtaliya deserti Pana-Kotta çay süfrələrinizin əvəzsiz şirniyyatıdır.
ən son şərh