
Ispanaqlı Börək
Ispanaqlı Börək
Posted on 31 Yanvar 2015 by admin in Börək və Poğaçalar Reseptləri, Şirniyyat Reseptləri
Ərzaqlar
- 1/ 2 kq ispanaq (yarpaq tərəfi)
- 250 qr çəkilmiş ət
- 1 ədəd soğan
- 6 ədəd lavaş
- 2 stəkan süd
- 100 qr marqarin
- 1 ədəd yumurta sarısı
- 1 stəkan duru yağ
- 2 xörək qaşığı un
- duz , istiot
Hazırlanması
- Soğanı incə incə doğrayın.
- Qazana bitki yağı töküb soğanları əlavə edin və qızarana qədər qovurun.
- Daha sonra çəkilmiş əti də əlavə edərək bişirin.
- Təmizlənib yuyulmuş ispanaqları kiçik kiçik doğramaq qazana tökün.
- Yumşalana qədər qovurun.
- Duzu və qara bibəri əlavə edin.
- Ispanaqlı yumşalanda 2 xörək qaşığı unu ıspanaqlara yedirin ( ispanaqları bişərkən sulanmış lavaşla yapıştırmaması üçün).
- Bütün lavaşları ortadan ikiyə bölün.
- Yarım dairə şəklindəki yuxanın üstünə ərimiş marqarin və süd qarışığını sürtün.
- Üzərinə qoyacağınız hər iki lavaşa da eyni əməliyyatı tətbiq edin.
- Lavaşların üzərinə hazırladığınız ıspanaqlı içliyi qoyun.
- Yuxanın iki ucunu yüngülcə içə çevirərək yumşaq rulet halında sarın və dilədiyiniz uzunluqda kəsin.
- Qalan digər lavaşları da bu şəkildə hazırlayın.
- Yağlanmış soba nimçəsinə qoyun.
- Yumurta sarısını ruletlərin üzərinə sürtün.
- Əvvəldən isidilmiş sobada yaxşıca qızarana qədər bişirin.
Hakkında: İspanaqlı börəyi hazırlamaq asan olmasada çox ləziz dadı var. Nuş Olsun!
Cox gozel