
Ispanağlı Hamburger
Ispanağlı Hamburger
Ərzaqlar:
- 750 qr ispanaq
- yarım stəkan zeytunyağı
- 1 baş soğan
- zövqə görə duz, qara bibər, qırmızı bibər
- 200 qr yağsız pendir
- 4-5 ədəd yumurta
Hazırlanması:
- Hamburger çörəklərini ortadan bərabər şəkildə kəsərək ikiyə ayırın.
- Üzərinə kərə yağı sürüb soba qabına qoyun. lspanağları ayırıb yuyun, iricə doğrayın.
- Bir qazana zeytunyağını qoyub istiləşincə içinə incə doğranmış soğanı əlavə edib yüngülcə qovurun.
- Sonra ispanaqları əlavə edin. Bir iki dəfə qarışdırdıqdan sonra duz, qara bibər, qırmızı bibər qoyub atəşin dərəcəsini azaldıb ispanaqları yumşalana qədər bişirin.
- Ocaqdan götürün. Bir qabda qırılmış yumurtaları yağsız pendirin rəndəsi ilə yaxşıca çırparaq ıspanaklara əlavə edin.
- Bu qarışığı hamburger çörəklərinin üzərinə yerləşdirin və sobaya qoyun bir az daha bişirin. Üzərini pomidorla bəzəyərək süfrəyə təqdim edin.
Hakkında: 1932-ci ildə Amerikalı John T. Gregor tərəfindən patenti alınmış olsa da patent anlayışının hələ dövriyyədə olmadığı Vyetnamda əsrlərdir eyni formatda bir yemək olduğu sonradan aydın olmuşdur.
Almaniyanın Hamburg şəhərindən adını almışdır.
ən son şərh