
İspanağlı Gül Börəyi
İspanağlı Gül Börəyi
Posted on 1 Fevral 2015 by admin in Börək və Poğaçalar Reseptləri, Şirniyyat Reseptləri
Ərzaqlar
- 3 ədəd lavaş
- 3 ədəd kartof (qaynadılmış)
- 500 qr. ispanaq
- 1 ədəd soğan
- 1 dəstə cəfəri
- 150 qr çəkilmiş ət
- 1/2 xörək qaşığı tamat
- 1 tutam duz
- qara bibər, pul biber
- 1/2 stəkan duru yağ
- 1 ədəd yumurta sarısı
Hazırlanması
- Qaynadılmış kartofu rəndələyin.
- Soğanı çəkilmiş ət ilə birlikdə yüngülcə qızardın.
- Yuyulan ispanağı əlavə edib 2 dəqiqə daha qovurun.
- Yarım xörək qaşığı tamat duz və bibərləri əlavə edin.
- Cəfərini da əlavə 1 dəqiqə daha qovurun, ocaqdan.
- Kartof rəndəsini də əlavə edib qarışdırın.
- Lavaşları üst-üstə sərib dördə bölün.
- Hər üçbucaq formasında olan parçaya hazırladığımız içlikdən yayın və rulet şəklində bükün.
- Ruleti öz ətrafında çevirərək yumru şəklə salın.
- Yağlanmış soba nimçəsinə düzün.
- 230 dərəcə isidilmiş sobada bişirin.
Hakkında: İspanağlı gül börəyi hazırlamaq asan olmasada çox ləziz dadı var. Nuş Olsun!
ən son şərh