
Ispanağ Soslu Makaron
Ispanağ Soslu Makaron
Ərzaqlar:
- 1 paket makaron (buruq, spiralvari)
- yarım kilo ispanaq yarpağı
- 3 xörək qaşığı kərə yağı
- 3 xörək qaşığı un
- 1,5 su stəkanı süd
- 100 qr holland pendiri
- 1 çay qaşığı muskat rəndəsi
- duz
Hazırlanması:
- Makaronu qaynar duzlu suda qaynadaraq süzün.
- Kərəyağını qazanda əridib içərisinə unu əlavə edin.
- Yüngül qızaranda içərisinə südü əlavə edin.
- Ispanaq yarpaqlarını yuyub incə doğradıqdan sonra südlü sousa əlavə edin.
- 10 dəqiqə davamlı qarışdıraraq bişirin. İçərisinə duz və qoz rəndəsini əlavə edin.
- Makaronu boşqaba qoyub üzərinə ispanaq sousunu tökün.
- Holland pendirindən rəndələyib üzərinə səpin.
Nuş Olsun!
Hakkında: Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdəndir.
ən son şərh